Modern.az

Azercell-də 38% paya malik olan nəhəg holdinq Azərbaycandan gedir

Azercell-də 38% paya malik olan nəhəg holdinq Azərbaycandan gedir

İqtisadiyyat

14 Yanvar 2016, 15:44


İsveç-Finlandiya ortaq telekommunikasiya nəhəngi olan “TeliaSonera” şirkəti Azərbaycan da daxil olmaqla Avrasiya bazarını tam tərk edir.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şirkətin 2015-ci il maliyyə ilini 844 milyon dollar zərərlə başa vurmasıdır.

Belə ki, “TeliaSonera” Özbəkistandakı səhmlərinin ucuzlaşmasına görə 5,3 milyard isveç kronu (620 milyon dollar), Danimarkadakı səhmlərinin ucuzlaşmasına görə isə 1,9 milyard isveç kronu (222,2 milyon dollar) itirib.

2015-ci ilin yekun hesabatına şirkətin Avrasiyadakı səhmləri “satışa çıxarılmış, yaxud fəaliyyətini dayandırmış” şəkildə təqdim edilib.

Holdinq yaxın illərdə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Moldova, Nepal və Tacikistandakı fəaliyyətini dayandırmağı planlaşdırır.

Məhz maliyyə böhranı səbəbindən “TeliaSonera” şirkəti Nepalın mobil operatoru Ncell-dəki 60% payını 1 milyard dollara Axiata Group-a satıb.

Xatırladaq ki, TeliaSonera şirkəti Azercell-in 38,1%-nə sahibidir.  

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama