Avropa Birliyi İrana qarşı tətbiq edilən sanksiyaları yanvarın 28-də tam ləğv edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya ictimaiyyəti həmin sanksiyaların İranla “altılıq” ölkələri arasında imzalanan tarixi Cenevrə razılaşmasından tam 6 ay sonra – 14 yanvarda ləğvini gözləsə də bu baş vermədi.Avropa Birliyinin rəsmiləri sanksiyaların 2 həftə ləngimə ilə götürülməsini, nüvə problemi ilə bağlı razılaşmanın texniki tərəfləri, o cümlədən implementasiyası ilə əlaqələndiriblər.
Məlumata gröə yanvarın 15-nə qədər MAQATE İranın nüvə proqramı ilə bağlı hesabat təqdim edəcək.
Yanvarın 28-də isə “altılıq” ölkələrinin xarici işlər nazirləri Vyanaya toplaşaraq sanksiyaların rəsmən ləğvi barədə açıqlama verəcəklər.
Vüqar İsmayılov