Modern.az

Tacikistan aclıqdan əziyyət çəkən ölkələr siyahısındadır

 Tacikistan aclıqdan əziyyət çəkən ölkələr siyahısındadır

Dünya

14 Yanvar 2016, 23:46

 

Postsovet dövlətləri arasında aclıqdan ən çox əziyyət çəkən ölkə Tacikistandır. Moden.az xarici mediaya istinadən xəbər verir ki, bu Ərzaq Siyasəti Beynəlxalq Tədqiqat İnstitutunun (ƏSBTİ) araşdırması nəticəsində üzə çıxıb.

ƏSBTİ mütəxəssisləri tərəfindən hazırlanan reytinqə əsasən, Tacikistan əhalisinin 33 faizi aclıqdan əziyyət çəkir. Ekspertlər ölkə əhalisinin iqtisadi rifah səviyyəsinin sərt şəkildə pisləşməsini əmək miqrantlarının pul köçürmələri həcmini əhəmiyyətli dərəcədə azatmaları ilə əlaqələndirirlər. Əsas səbəb kimi isə Rusiyadakı iqtisadi böhran göstərilir.

Tacikistan Milli Bankının məlumatına görə, ötən il daxilolmaların həcmi 2014-cü il ilə müqayisədə 40 faiz azalıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu