Modern.az

Ukrayna Krımın qaytarılması üçün beynəlxalq mexanizm hazırlayır

 Ukrayna Krımın qaytarılması üçün beynəlxalq mexanizm hazırlayır

15 Yanvar 2016, 00:45

 

Ukrayna “Cenevrə +” formatında Krımın qaytarılmasına dair beynəlxalq mexanizm hazırlamağı planlaşdırır. Modern.az saytı “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.  

“Bu cür mexanizmin yaradılması üçün  biz Avropa İttifaqındakı tərəfdaşlarımız , ABŞ və, ehtimal ki, Budapeşt memorandumunu imzalayan ölkələrin iştirak edəcəyi “Cenevrə +” formatını nəzərdən keçiririk”, deyə o bildirib. 

Poroşenko,  Krımın qaytarılmasının Ukrayna hökumətinin əsas prioritet vəzifələrindən biri olduğunu qeyd edib. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu