AŞPA-nin yanvar ayının 25 - 29-da keçiriləcək qış sessiyasında Ermənistsna qarşı dərhal iki qətnamə birdən müzakirə ediləcək. Bunlardan birinin müəllifi Britaniyalı Robert Volterdir. Onun məruzəsində Ermənistandan Dağlıq Qarabağ və ətraf ərazilərdən erməni hərbi qüvvələrinin çıxarılması tələb edilir və həmin ərazilərdə Azərbaycanın tam suverenliyi təsdiq edilsin.
Müəllifi Bosniyalı Militsa Markoviçin olduğu 2-ci əkserməni hesabat-məruzəsində isə Dağlıq Qarabağdaki Sərsəng su anbarı haqqında geniş məlumat verilir və qeyd olunur ki, "Azərbaycanın sərhəd rayonları ermənilər tərəfindən bilərəkdən, qəsdən su anbarının suyundan məhrum edilmişlər."
Ermənilər bu qətnamələrin qəbul edilməməsi üçün öz çirkin əməllərindən əl çəkməyəcəkləri məlumdur. Amma erməni ekspertlərinin əksəriyyəti qətnamələrdən heç olmasa birinin qəbul ediləcəyini bildiriblər. Erməni mətbuatı bildirir ki, AŞPA- da müzakirə olunacaq iki əkserməni qətnamədən biri qəbul ediləcək. Bu isə erməniləri təşvişə salıb.
İsmayıl Tanrıverdi