Somalidə fəaliyyət göstərən “Əl Şabab” qruplaşması Somalidə yerləşən Keniya hərbi bazasına hücum edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qəfil hücum zamanı azı 50 keniyalı hərbçi öldürülüb.
Terrorçular hərbi bazanın qapılarını bomba yüklü avtomobillə partladaraq kazarmalara basqın ediblər. Keniya kontingenti Somalidə Afrika Birliyinin mandatı altında sülhməramlı missiya gerçəkləşdirirdi.
“Əl-Şabab” qruplaşması “Əl Qaidə”nin Afrika qanadı hesab olunur.
Vüqar İsmayılov