Modern.az

Rusiya qırıcıları Türkiyə sərhəddində - FOTOLAR

Rusiya qırıcıları Türkiyə sərhəddində - FOTOLAR

15 Yanvar 2016, 12:19

Ermənistanın Erebuni aerodorumda yerləşən Rusiya məxsus aviasiya eskadrilyası Türkiyə sərhəddi boyu uçuşlara başlayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, MİQ-29 qırıcı təyyarələri çətin meteoşərtlər altında sutkada 30 uçuş gerçəkləşdirir.

“Gənc pilotların uçuşlarının əsas özəlliyi uçuş zolağının məhdudluğu və Türkiyə sərhədinin yaxınlıqda yerləşməsidir. Hər gün davamlılığı 10 saatdan artıq davam edən 30 uçuş gerçəkləşdiririk”- deyə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti  açıqlama verib.

Qeyd edək ki, 1998-ci ildən Erebuni aerodromu Rusiyanın 102-ci hərbi bazasına verilib. Burada 2001-ci ildən bəri 18 MİQ-29 qırıcısından ibarət aviaisya eskadrilyası formalaşıb. Erebuni aerodrmu Türkiyə sərhədinin 25 kilometrliyində yerləşir.









Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu