Modern.az

Putin Qətər əmiri ilə görüşəcək

Putin Qətər əmiri ilə görüşəcək

15 Yanvar 2016, 13:41

Qətər əmiri Tamim Ben Hamad Əl Tani yanvarın 17-də Rusiyaya səfər edəcək.

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində əmir Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Yanvarın 18-də baş tutacaq görüş zamanı iki ölkə arasında iqtisadi-humanitar əməkdaşlığın genişlənməsi, eyni zamanda Yaxın Şərq və Şimali Afrika regionundakı hərbi-siyasi vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, yanvarın əvvəllərində Ər-Riyad və Tehran arasında başlayan diplomatik qalmaqalda Qətər Səudiyyə Ərəbistanını dəstəkləyib və İranla diplomatik münasibətləri kəsib.


Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu