Modern.az

İranın qayıdışı nefti daha 3,7% ucuzlaşdırdı - 1 barel=29,74 dollar

İranın qayıdışı nefti daha 3,7% ucuzlaşdırdı -  1 barel=29,74 dollar

15 Yanvar 2016, 14:17

Bu gün ICE birjalarında neft daha 3,7% ucuzlaşaraq 29,74 dollara düşüb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, analitiklər bu hadisəni İranın neft bazarına dönüşü ilə əlaqələndirirlər.

Ölkənin neft naziri Bican Namdar Zanqanex sanksiyaalrın götürüləcəyi 28 yanvar tarixindən başlayaraq Tehranın dünya bazarına sutkada 0,5 milyon barel neft çıxara biləcəyini və 6 ay ərzində bu göstərcini 1 milyona çatdıracaqlarını demişdi.

Neftin ucuzlaşması xəbəri Moskva fond birjalarında 1 dolların 77 rubla qədər bahalaşmasına səbəb olub.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu