Hazırda yarım saatdan çoxdur Azercell mobil operatorunun abunəçiləri rabitədən istifadə edə bilmirlər. Modern.az saytının əməkdaşı məsələni aydınlaşdırmaq üçün “Azercell” Müştəri Xidmətləri ilə əlaqə saxlayıb.
Opretor bildirib ki, hazırda şirkətdə problem yaşanır:
“Ona görə də abonentlər zəng vura və zəng qəbul edə bilmir. Hazırda problemin səbəbləri aydınlaşdırılır. Tez bir zamanda problemin aradan qaldırılmasına çalışılacaq”.
Gülşən RAUFQIZI