Modern.az

Türkiyə 2016-c ildə itirdiyi rus turistlərin sayını AÇIQLADI

Türkiyə 2016-c ildə itirdiyi rus turistlərin sayını AÇIQLADI

15 Yanvar 2016, 16:40

Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal ölkəsinin 2016-cı ildə Rusiyadan ölkəyə gələcək turistlərin 4,5 miltyon nəfər az olacağını deyib.

Bu barədə Modern.az Rusiya KİV-nə istinadən xəbər verir.  

Nazirin sözlərinə görə Rusiya təyyarəsinin vurulmasından sonra bu ölkədə Türkiyəyə turizm paketlərinin satışına qadağa qoyulması turizm sektoruna ciddi zərbə vurub.  

Bu səbəbdən uzun illər almanlardan sonra Türkiyədə ən çox istirahət edən ikinci əcnəbi turist qrupu olan ruslar artıq siyahının sonlarına doğru irəliləyirlər.  

Mahir Ünal Avropadan ölkəyə gələn turist axının da 1,4% azaldığını və İstanbuldakı teror aktından sonra bu azalmanın sürətlənəcəyini deyib.

Eyni zamanda aprel-oktyabr aylarında Antalyada keçiriləck EXPO sərgisi və çinli turistlərin sayının artması türklərə ruslar turistlərinin itkisini kompensasiya edə biləcək.  

İki ölkə arasında münasibətlər gərginləşsə də ölkələr arasındakı aviasəfərlər əvvəlki səviyyədə qalıb.      

Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu