Modern.az

Deputat Yevda Abramov: “Onlar təxribatçılardır”

Deputat Yevda Abramov: “Onlar təxribatçılardır”

Təhsil

15 Yanvar 2016, 17:28

Milli Məclisə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilən Yevda Abramov Qubada aksiya keçirilməsi xəbərlərinə münasibət bildirib. O, Modern.az saytına açıqlamasında rayonda hansısa belə bir toplantının olduğunu təkzib edib:

“Hazırda Qubanın mərkəzindəyəm. Heç bir narahatlıq yoxdur, vəziyyət stabildir. Heç bir aksiya da keçirilmir”.

Deputat sadəcə “bomba” iddiası ilə bağlı narahatlıq yarandığını bildirib:

“Cümə məscidində bomba olması barədə informasiya vardı. O da təkzib olundu, şükürlər olsun ki, öz təsdiqini tapmadı. Fövqaladə Hallar Nazirliyinin, Daxili Qoşunların əməkdaşları əraziyə baxış keçirdi, əhalinin gözləri önündə sübut olundu ki, heç bir bomba yoxdur. Sadəcə, kimlərsə təxribat yaratmaq üçün bu şayiəni uydurub”.

Y.Abramov bu informasiyanı yayanları təxribatda günahlandırıb: “Onlar öz maraqlarından çıxış edir. Biz isə bütün hallarda dövlətimizin, xalqımızın mənafeyini güdürük. Şükürlər olsun ki, mən nə Fransadayam, nə Almaniyadayam, nə də İngiltərədə. Mən Qubadayam, hər şey də normaldır, əhali dinc yaşayır”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı