Bu gün Brent markalı neft 29 dollara düşüb. Modern.az saytı xəbər verir ki, bu 2004-cü ilin fevralından sonra ən aşağı qiymətdir.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 6,41% ucuzlaşaraq 29,20 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 6,49% azalaraq 28,88 dollaradək düşüb.
Modern.az