Modern.az

Novella Cəfəroğlu 20 min manat cərimələnə bilər

  Novella Cəfəroğlu 20 min manat cərimələnə bilər

Təhsil

15 Yanvar 2016, 22:59

 

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu 20 min manat məbləğində cərimələnə bilər.  Modern.az saytı xəbər verir ki, bu barədə virtualaz.org-a N.Cəfəroğlu özü məlumat verib.

Onun sözlərinə görə, Vergilər Nazirliyindən hüquq müdafiəçisinə irad tutublar ki, onun rəhbərlik etdiyi Qadınları Müdafiə Cəmiyyəti 2011-ci ildə qrant alarkən Ədliyyə Nazirliyindən qrantlarla bağlı müfafiq arayış almayıb.  

N.Cəfəroğlu deyir ki, əslində onlar 2011-ci ildə o cür arayış verməyə məsul deyildilər. Çünki o vaxt qanunda bu barədə heç bir tələb yox idi və haqqında söhbət gedən maddə qanuna 2014-cü ildə salınıb.  

“ Mən heç nə ödəməyə hazırlaşmıram. Əgər dövlət öz maliyyə vəziyyətini mənim hesabıma yaxşılaşdırmaq istəyirsə, ünvanı səhv salıb. Qoy oliqarx-məmurları cərimələsinlər. Qoy məhkəməyə versinlər”, -deyə o vurğulayıb.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı