Modern.az

Neftin qiyməti 12 il əvvəlki həddə düşdü

Neftin qiyməti 12 il əvvəlki həddə düşdü

16 Yanvar 2016, 10:49


Dünya fond birjalarında Brent markalı neftin 1 bareli 29 dollardan da aşağı düşüb. Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, 28,95 dollar olan neft sonuncu dəfə 2004-cü il fevralın 6-da bu qiymətə satılıb.

 WTI markalı Texas nefti isə 29,15 dollara satılır.

Dünya bazarında neftin qiyməti 2005-ci ilin dekabrından sürətlə aşağı düşür. Yanvarın 13-də 30 dollar həddinə çatan ”qara qızıl” növbəti 3 gündə daha da ucuzlaşıb.

Ekspertlər isə neftin ucuzlaşmasını Çin iqtisadiyyatındakı qeyri-müəyyənliklə və İranın dünya neft bazarına qayıtması ilə əlaqələndirirlər.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu