Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində “donuz qripi” epidemiyaya çevrilməkdə davam edir.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal olunmuş torpaqlarımızda yaradılan qondarma “Dağlıq Qarabağ Respublikasının səhiyyə nazirliyi” 12 yeni xəstəliyə yoluxma faktı qeydə alıb. H1N1 virusuna yoluxan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir və onlar Xankəndindəki xəsətxanalarda intensiv müalicə alır.
Separatçı qurumun “səhiyyə nazirinin müavini” Zoya Lazaryan “donuz qripi”nin əsl miqyasını müəyyənləşdirə bilmədiklərini deyib. “Bölgədə xüsusi avadanlıqların olmaması səbəbindən bütün analizlər Ermənistana göndərilir”.
Lazaryan Qarabağda respitator virus infeksiyalarının genişləndiyini bildirərək, 82 nəfərin Xankəndi, Ağdərə və Xocavənddəki tibb müəssisələrində “donuz qripi” şübhəsi ilə müayinə olunduğunu deyib.
Vüqar İsmayılov