Modern.az

Veysəloğlu Şirkətlər Qrupundan yeni qiymət siyasəti

Veysəloğlu Şirkətlər Qrupundan yeni qiymət siyasəti

Təhsil

16 Yanvar 2016, 12:23


Azərbaycana xaricdən ərzaq mallarının idxalı ilə məşğul olan Veysəloğlu Şirkətlər Qrupu yeni qiymət siyasətini müəyyən edib. Bu barədə Modern.az-a şirkətin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Bildirilib ki, son illər dünyada baş verən iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına da öz təsirini göstərib.

“Hazırda bütün dünyada, həmçinin Azərbaycanda milli valyutaların dəyərdən düşməsi və qiymətlərin bahalaşması prosesi gedir. Manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçməsindən sonra şirkət özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb. Veysəloğlu MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb. Eyni zamanda xammal idxalında yaranmış qiymət artımı şirkətin Ulduz Şokolad Fabrikinə də təsirsiz ötüşməyib. Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr vardır ki, “Ulduz” fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı Veysəloğlu şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, “Ulduz” fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir”-deyə Veysəloğlu MMC bəyan edib.

Veysəloğlu MMC 1994-cü ildən fəaliyyətə başlayıb.  2001-ci ildə şirkət Bakıda özünün “Ulduz” şokolad fabrikini işə salıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı