Modern.az

Rusiyada arvadını öldürmək istəyən türk həbs olundu

Rusiyada arvadını öldürmək istəyən türk həbs olundu

Təhsil

16 Yanvar 2016, 13:10



Rusiyanın Sankt-Peterburq şəhərində həyat yoldaşını öldürməyə cəhd edən Türkiyə vətəndaşı həbs olunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Yeni il gecəsi içkili halda həyat yoldaşı ilə mübahisə edib və onu öldürmək məqsədilə bir neçə dəfə bıçaqla zərbələr endirib.

Lakin hadisə yerində olan qızlarının müdaxiləsindən sonra cinayəti sona qədər başa çatdıra bilməyib. Onun həyat yoldaşı hazırda xəstəxanada müalicə alır.

Türkiyə vətəndaşına qarşı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı