Burkino-Fasonun paytaxtı Uqaduqu şəhərində keçirilən xüsusi əməliyyat zamanı azı 126 girov azad olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda 3 terrorçu məhv edilib.
Hazırda əməliyyatın keçirlidiyi Splendid mehmanxanasının yuxarı mərtəbələrində partlayıcı qurğu yerləşdirildiyi üçün onun davam etdirilməsində çətinlik yaranıb.
Məlumatalara görə hadisə zamanı azı 20 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti “Əl-Murabitun” qruplaşması öz üzərinə götürüb.
Vüqar İsmayılov