Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Avropada miqrantlarının ehtiyaclarını tam təmin etrmək üçün benzin vergisinin artırılmasını təklif edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı siyasətçi yeni vergi hesabına miqrantların Avropa Birliyinə inteqrasiya sürətlənə bilər.
“Mən dəfələrlə demişəm ki, Avropa Birliyinin və milli büdəclərin vəsaitləri miqrantları təmin etmkə üçün kifayət deyil, gəlin buna görə benzinin hər litrindən alınan vergini artıraq. Bunun sayəsində Avropada qaçqın problemini daha effektli həll etmək mümkün olacaq. Bu problemlərin həllini maliyyə çatışmazlığına görə saxlamaq olmaz”.
Almaniya 2015-ci ildə 1 milyondan artıq miqrantı qəbul edib. Avropaya kütləvi miqrant axını olduğu üçün bəzi ölkələr öz milli sərhədlərinə nəzarəti bərpa ediblər.
Vüqar İsmayılov