Beynəlxalq Ərzaq Qidalanması Siyasətinin Tədqiqatı İnstitutu (IFPRI) 2015-ci il üzrə dünyanın ərzaq durumu ilə hesabat dərc edib.
Modern.az institutunun hesabatına istinadən xəbər verir ki, “İFPRİ” MDB məkanındakı dövlətlərin də adını sözügedən sənədə salıb.
MDB məkanındakı ölkələrdən Qazaxıstanda 2,5%, Türkmənistanda 3,2%, Ermənistanda 5,8%, Qırğızıstanda 6%, Gürcüstanda 7,4%, Modovada 12,2%, Özbəkistanda 13,3% və Tacikistanda 33% insanın aclıq çəkdiyi bildirilir.
Hesabatda Azərbaycan əhalisinin 1,7%-nin aclıqdan əziyyət çəkdiyi yazılır. Hesabatda göstərilir ki, yaxşı qidalanmama səbəbindən 5 yaşa qədər azərbaycanlı uşaqların 18%-də boy artımında ləngimələr müşahidə olunur.
Beynəlxalq Ərzaq Qidalanması Siyasətinin Tədqiqatı İnstitutu Azərbaycanda qidalanma ilə bağlı statistika apardığı 1995-ci ildə aclıq çəkən əhalinin sayını 25,4%, 2000-ci ildə 22,5%, 2005-ci ildə isə 3,7% təşkil etdiyini qeyd edib. İnstitut ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı situasiyanı stabil kimi qiymətləndirib.
Aclıqla üzləşməyəcək ölkələr arasında isə reytinqə Argentina başçılıq edir. Onun ardınca, Bosniya və Hersoqovina, Belarus, Braziliya, Çili, Kosta-Rika və Kuba qərarlaşıb. Ukrayna 13-cü, Türkiyə 16-cı, Rusiya 24-cü, İran 25-ci, Qazaxıstan 29-cü, Gürcüstan 33-cü, Çin 34-cü, Azərbaycan isə 43-cü yeri tutub.
Aclıqla üz-üzə qala biləcək ölkələr arasında Mərkəzi Afrika Respublikası, Çad və Zambiya risk qrupuna daxildir.
Vüqar İsmayılov