Modern.az

Azərbaycanda bir ildə 50977 nəfərə sürücülük vəsiqəsi verilib

Azərbaycanda bir ildə 50977 nəfərə sürücülük vəsiqəsi verilib

Təhsil

16 Yanvar 2016, 16:51


2015-ci il ərzində Azərbaycanda vətəndaşlara 50.977 sürücülük vəsiqəsi verilib. Həmçinin, nəqliyyat vasitələrinin 63,8 faizi texniki baxışdan keçirilib. Modern.az saytı xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib.

Ddövlət yol polisinin əməkdaşları tərəfindən 2015-ci il ərzində 2,5 milyondan çox yol hərəkəti qayda pozuntusu aşkarlanıb, 4 min 241 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı ilə axtarışda olan 40 şəxs və 47 avtomobil saxlanılıb, aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 736 fakt və 71 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına verilib. İl ərzində Baş İdarəyə 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 130-u tapılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı