Hollivud ulduzu, bu il “Oskar” mükafatına ən real namizəd sayılan Leonardo Di Kaprio ən böyük arzusu barədə danışıb.
Modern.az xəbər verir ki, Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibə verən aktyor Rusiya lideri Vladimir Putinin obrazını canlandırmağı çox istədiyini deyib.
“Putini oynamaq çox, amma çox maraqlı olardı və mən bu rolda oynamaq istərdim”.
Di Kaprio Rusiya tarxinin digər görkəmli nümayəndələrini də canlandırmaqda maraqlı olduğunu deyib.
“Lenin rolu da diqqərçəkən olardı. Həmçinin mən Rasputini də oynamaq istərdim. Düşünərm ki, Rusiya tarixi barədə çoxlu filmlər çəkilməlidir. Çünki bu ölkədə o qədər Şekspir hadisələri baş verir ki... Bu aktyor üçün çox maraqlıdır”.
41 yaşlı Di Kaprio 2 il əvvəl Vladimir Putinlə Sankt-Peterburq forumunda görüşmüşdü.
Vüqar İsmayılov