Ermənitsan Rusiyadan ölkəyə nəql etdiyi qazın tarifini endirməyi istəyib.
Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, bu barədə baş nazir Ovik Abramyan biznemsenlərlə görüş zamanı deyib.
Onun sözlərinə görə dünya energetika bazarındakı son prosesləri nəzərə alaraq, Ermənistan Avrasiya Birliyində strateji üzv olan Rusiyadan qaz güzəştləri istəyib və təbii qazın satışını dollarla deyil, milli valyutada aparmasını xahiş edib.
Abramyan Rusiyadan müsbət cavab alacaqlarına ümidli olduqlarını deyib.
Rusiya Ermənitasnı qazı 30% tarif güzəşti ilə nəql edərək min kub metr üçün 165 dollar alır. Bu güzəşt sayəsində Yerevan hər il 150 milyon dollar vəsaitə qənaət edir.
Vüqar İsmayılov