Bakıda intihara cəhd hadisəsi baş verib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.
M.Muxtarov küçəsi dalan 2, ev 3-də yaşayan Bakı sakini 1989-cu il təvəllüdlü Yusif Əbdül oğlu Salmanov üzərinə benzin tökərək intihara cəhd edib.
Ailə üzvlərinin müdaxiləsindən sonra o xəstəxanaya aparılıb. 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Y.Salmanovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Modern.az