Modern.az

İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərildi

 İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərildi

Təhsil

16 Yanvar 2016, 21:27

 

İstanbulun Sultanahmet meydanında törədilən terror aktı nəticəsində həlak olan 10 Almaniya vətəndaşının cənazəsi Berlinə göndərilib. Modern.az saytı Türkiyə mediasina istinadən xəbər verir ki, turistlərin cənazələri polis maşınlarının müşayiəti ilə İstanbulun Atatürk hava limanına gətirilib və Almaniyadan göndərilən xüsusi təyyarəyə yüklənərək yola salınıb.

Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanahmet meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.  

Modern.az

     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı