Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb. Modern.az saytı xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi internet səhifəsində məlumat verilib.
Qeyd edək ki, ilk təyyarə yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan İstanbula uçmalı idilər. Son günlər isə "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.
Modern.az