Modern.az

Şəkər xəstələrinə MƏSLƏHƏT – bu bitkilər qanda şəkərin miqdarını azaldır

Şəkər xəstələrinə MƏSLƏHƏT – bu bitkilər qanda şəkərin miqdarını azaldır

Təhsil

17 Yanvar 2016, 15:45

 

Avropa Təbiət Elmləri və Asiya Ayurvediya Assosasiyasının üzvü, dərman birtkiləri üzrə elmi işçi  terapevt-fitoterapevt Elnur Rəhimov şəkərli diabet xəstələri üçün maraqlı məlumatları Modern.az oxucuları ilə bölüşür. 

Şəkərli diabet bir xəstəlik deyil, sadəcə diaqnozdur. Qədim Şərqdə isə bu xəstəliyi daima ağır bir mübadilə pozğunluğu hesab ediblər. Bu xəstəlikdən əziyyət çəkənlər hər zaman öz atdıqları addımları kəndirbazlar tək balanslaşdırmağa çalışırlar. Hamı çox yaxşı bilir ki, bu çətin məsələdə asan iş qanda şəkərin miqdarını nəzarətdə saxlamaqdır. Belə bir sual ortaya çıxır: görəsən bu problemi həll etməklə qanda şəkərin miqdarı azalırmı? Cavab birmənalıdır: Təbii ki, yox.

Dünyada insanlar daha çox şəkərli diabetin ağırlaşmasından vəfat edir, nəinki hiperqlikemik komadan. İnsulin isə hələ bunun cavabı demək deyil. Gözün torlu qişa patologiyaları, böyrək, birləşdirici toxuma, ətraf damarların patologiyaları, ensefalopatiya və s. bütün bu kimi halları çıxsaq şəkərli diabet sadəcə bir endokrinoloji xəstəlikdir. Məlum olduğu kimi diabetik praktikada bitki müalicəsindən – fitoterapiyadan geniş istifadə edilib. Bitkilər nəinki qanda şəkərin miqdarının azalmasına kömək edir, hətta digər başqa önəmli təsirlər də göstərir. Tibet təbabətində isə diabetli xəstələrə yoqa və tənəffüs gimnastikası (pranayama) ilə məşğul olmaq məsləhət görülür. Məsələn, sağ burun dəliyi ilə nəfəs alınır, sol burun dəliyi ilə isə verilir və s.

Demək olar ki, kifayət qədər şəkərli diabet xəstəsi öz müalicəsinə fitoterapiyadan və yaxud da bitki mənşəli dərman preparatlarından başlayır. Ən minimumunu götürsək, ildən-ilə bu növ terapiyaya üstünlük verənlərin sayı artır. Əslində biz bu məqalədə insanların bu marağını müzakirə etməyəcik. Lakin bir tək bunu qeyd edə bilərik ki, bitki terapiyasına qanda şəkərin miqdarını azaltmağa yönəlmiş terapiyanın əsas komponenti deyil, tamamlayıcı hissəsi kimi baxmaq olar.  Şəkərli diabet xəstəliyinin bitki ilə monoterapiyası məhz aşağıdakı hallarda mümkündür: II tip şəkərli diabetin ilkin mərhələsi (piylənmə fonunda yarandıqda və pəhrizə riayət etdikdə), acqarına qanda şəkərin miqdarı 8 mmol/l-dən, qida qəbulundan sonra isə 11 mmol/l-dən çox olmadıqda.

Bu məsələlər bir qədər mübahisəli ola bilər, lakin istənilən halda həkimlə məsləhətləşmək lazımdır. Bir nüansı qeyd edək ki, dərman bitkilərindən düzgün istifadə etdikdə insulinərezistenlik və şəkər əleyhinə preparatlara olan tələbat azalmış olur. Kimyəvi maddə Bitki adı Biquanidin Çəpişotu otu (keçisədəfi), əkin noxudunun otu, toxumsuz lobya qını, qaragilənin yarpaqları və cavan zoğları Sink (Zn) Ziyilli tozağacı  tumurcuğu, quş qırxbuğum otu, qarğıdalı saçağı, dərman adaçayı out Xrom (Cr) Dağ öküzgözü, jenşen çiçəyi, levzeya kökü, dəfnə kökü və kökümsovu,  dərman adaçayı out İnulin

Uca andızın kökü və kökümsovu, at pıtrağı kökü, dərman zəncirotu kökü, kasnı kökü, topinambur (yerarmudu) kökü


Langerhans adacıqlarının β-hüceyrələrinin regenerasiyasını stimulyasiya edən bitkilər:

Çəpişotu otu (keçisədəfi), yunan qozu yarpağı, əkin kətanının toxumları, böyük bağayarpağı otu, iri atpıtrağı kökü, şirin biyan kökü, qaragilə yarpağı və cavan zoğları.

Hələ qədim dövrün təbibləri belə bitki aləmini bitib –tükənməz bir dərman mənbəyi hesab edirdi. İbn Sinanın fikrinə görə həkimin 3 silahı mövcuddur – söz, bitki, bıçaq. Bir buddist kəlamına görə, əgər ətrafa dərmanları öyrənən bir həkim gözü ilə baxsanız, onda böyük bir dərman dünyasında yaşadığınızı anlayarsınız. Fitoterapiyanın süni yolla əldə edilmiş preparatlardan bir çox fərqləri mövcuddur: az toksikidir, yüngül mülayim təsiri var, heç bir əlavə təsir olmadıqda (xüsusilə də allergiya) uzun müddət qəbul edilə bilir, digər dərmanlarla kompleks qəbul edildikdə onların təsir effektini gücləndirir. Şəkərli diabet xəstələrinə fitoterapiya pəhriz və insulinoterapiya ilə birgə tətbiq edilir.

II tip şəkərli diabetin insulinərezistent və yüngül formasında monofitoterapiya xəstəliyin stabilizasiyası və reqressiyası məqsədilə tətbiq edilə bilər.

Hal-hazırda elmi təbabətdə qanda şəkərin miqdarını azaldan 150-200 növ bitkidən istifadə edilir. Bu bitkilərin tərkibinə qanda şəkərin miqdarını azaldan qalenin, inozin, inulin kimi bioloji aktiv maddələr daxildir. Düzü bu bitkilərin təsir mexanizmi indiyənədək dəqiq öyrənilməmişdir, lakin o da məlumdur ki, bu bitkilər qlükoza üçün zəif qələvi mühit yaratmaqla qanda onun toxumalar tərəfindən asan mənimsənilən və utilizasiyası üçün insulin tələb olunmayan fruktoza və mannoza formasına çevrilməsinə şərait yaratmış olur, o cümlədən insulinə olan tələbat da tədricən azalır.

Qədim Şərq təbabətində həkimlər çox zaman sınanmış bir üsula – eleuterokok, jenşen, zamanixa kimi adaptogenlərlə müalicəyə üstünlük verib. Bu bitkilər mərkəzi və vegetativ – vaqoinsulyar sinir sistemini tonuslandıraraq insulin sintezini artırır. Lakin bitkilərin tərkibində təsiredici maddələrin azlığını nəzərə alaraq tez bir zamanda effekt əldə ediləcəyini gözləmək düzgün deyil. Buna görə də qanda şəkərin miqdarını mütəmadi nəzarətdə saxlamaqla fitoterapiya uzun müddətə təyin edilir.

Şəkərli diabet zamanı hansı məhsullardan istifadəni məhdudlaşdırmaq lazımdır?

Şəkər, süni şirinləşdirici maddələr və bal. Konfetlər. Tərkibində sonu -ol və -oza ilə bitən inqrediyentlər olan məhsullar. Dənli bitkilər, yarmalar. Tərkibində çoxlu karbohidrat olan tərəvəzlər (kartof, kök, çuğundur, paxlalılar) Şirin meyvələr (banan, üzüm, çiyələk, gilas, yemiş) Süd, yağlı qaymaq, pendir, kəsmik. İstənilən fast-fud. İstənilən şirin meyvə şirələri. Doymuş yağlarla zəngin olan qidalar (yağlı ət, piy). 

Tural ABBASOV

Azərbaycan Tibb Universitetinin tələbəsi 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi