Modern.az

Sultanahmet meydanındakı terrorla bağlı 10 nəfər həbs edilib

 Sultanahmet meydanındakı terrorla bağlı 10 nəfər həbs edilib

Dünya

17 Yanvar 2016, 23:42

 

Bir neçə gün öncə İstanbulda Sultanahmet meydanında törədilən terrorla bağlı 16 nəfər məhkəmə qarşısına çıxarılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə qarşısına çıxarılan həmin şəxslərdən 10 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan 6 nəfər isə başqa yerə getməmək şərti ilə məhkəmə zalından azadlığa buraxılıb.

Həbs edilənlər silahlı terror təşkilatına üzv olmaq və qəsdən adam öldürməkdə ittiham olunurlar. 

Qeyd edək ki, terror nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Həlak olanlar hamısı Almaniya vətəndaşlarıdır.  

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu