Modern.az

İran ABŞ-ın yeni sanksiyalarını “mənəviyyatsız” adlandırdı

İran ABŞ-ın yeni sanksiyalarını “mənəviyyatsız” adlandırdı

18 Yanvar 2016, 11:26

Ötən gün Amerikanın İrana qarşı sanksiya tətbiq etməsi rəsmi Tehranın ciddi etirazına səbəb olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Cavad Zərif bu sanksiyaları “mənəviyyatsız” və “qeyri-legitim” adlandıb.

Onun sözlərinə görə Amerika özü Yəmən və Fələstində insanların ölümünə bais olanlara silah satır.  

Bundan öncə, Amerika İrana ballistik raket sınaqları keçirməkdə yardımçı olan 11 şirkətə və şəxsə - 6 İran vətəndaşına, 1 Çin vətəndaşına, 2 Birləşmiş Ərəb Əmirliyi şirkətinə və 1 Çin şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.    

Vüqar İsmayılov     

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu