Modern.az

İdman dünyasında yeni QALMAQAL: "Tennis turnirlərində..."

İdman dünyasında yeni QALMAQAL: "Tennis turnirlərində..."

18 Yanvar 2016, 12:42

Dünya səviyyəli tennis turnirlərində danışılmış matçlarla bağlı qalmaqallı faktlar ortaya çıxıb.

Modern.az Böyük Britaniyanın BBC telekanalına istinadən xəbər verir ki, bu barədə Professional Tennisçilər Assosiyasının (ATR) 2007-ci ildə keçirdiyi araşdırmaların nəticələri xəbər verir. ATR ekspertləri sənəddə Nikolay Davıdenko ilə Martin Vassalo Arquelyo arasındakı tennis matçına edilən pul qoyuluşlarının şübhəli olduğunu yazır.  

Qurum hər iki idmançının heç bir qaydanı pozmadığı qənaətinə gəlsə də, mərc oyunları ilə elitar tennisçilər arasında əlaqənin olduğunu sübut etmişdi.  

BBC-nin əldə etdiyi məlumata görə Rusiyada, Şimali İtaliyada və Siciliyada yerləşən mərc sindikatları ATR bayrağı altında keçirilən və çox güman ki, danışılmış xarakter daşıyan matçlardan yüz minlərlə funt sterlinq gəlir əldə etdiyini yazır. Həmin görüşlərdən 3-ü Uimbldonda keçirilib.  

Tennis funksionerlərinə 2008-ci ildə təqdim edilən məxfi hesabatda 28 tennisçi barədə araşdırma aparılmasının vacibliyindən danışılır. Tennisin etik standartlarının mühafizəsi idarəsi isə son 10 ildə dünya tennis reytinqinin ilk “50”liyində yer alan  və “Böyük Dəbilqə” seriyasının qalibi olan 16 tennisçinin müxtəlif vaxtlarda danışılmış martçlarda iştirak etdiyini yazıb.         

BBC danışılmış matçlarda iştirak edən tennisçilərin adlarını əldə etsə də dərc etməyib. Açıqlamada deyilir ki, telefon və bank hesablarına, o cümlədən kompüterlərinə giriş əldə etmədən onların danışılmış matçlarda iştirakını sübut etmək mümkün deyil.    

Vüqar İsmayılov            

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu