Braziliyaya səyahət edən argentinalı turistlərin başına maraqlı əhvalat gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Uolter adlı səyyah həyat yoldaşını yanacaqdoldurma məntəqəsində unudub.
Maşınına benzin vurduqdan sonra yola düzələn turist həyat yoldaşının arxa oturacaqda olmamasına diqqət yetirməyib.Onun qabaq oturacaqda əyləşən 14 yaşlı oğlu da mobil telefonda oyun oynadığı üçün buna fikir verməyib.
Yalnız 100 kilometr yol getdikdən sonra argentinalı sürücü həyat yoldaşının yoxluğunu hiss edib.
Müəyyən olunub ki, qadın mağazadan şirniyyat almaq üçün avtomobili tərk edib. Yanacadoldurma məntəqəsinin işçilərinin yardımı ilə qadın polis bölməsinə yerləşdirilib və həyat yoldaşı geri dönənə qədər orada qalıb.
Xatırladaq ki, bundan öncə Fransada da analoji hadisə baş vermişdi.
Vüqar İsmayılov