Modern.az

Ərdoğan Kamal Kılıçdaroğlunu məhkəməyə verib

 Ərdoğan Kamal Kılıçdaroğlunu məhkəməyə verib

18 Yanvar 2016, 21:36

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub.

Məlumata əsasən, kürd silahlılarına qarşı hərbi əməliyyatların aparılmasını pisləyən bir qrup alimin həbsini şərh edən K. Kılıçdaroğlu Ərdoğanı diktator adlandırıb.

Qeyd edək ki, Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən dövlət başçısını təhqir edən şəxslər 4 ilədək həbs oluna bilər.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu