Modern.az

İran dondurulmuş 55 milyard vəsaitini geri alacaq

 İran dondurulmuş 55 milyard vəsaitini geri alacaq

19 Yanvar 2016, 00:57


İrana qarşı sanksiyaların aradan qaldırılması nəticəsində, rəsmi Tehran təxminən 55 milyard məbləğində dondurulmuş maliyyə vəsaitlərini geri alacaq. Modern.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.  

O, bəzi ekspertlərin adıçəkilən məbləğin  $100-150 milyarda çatacağını qəti şəkildə təkzib edib: “Bu uydurma rəqəmlərdir. İran təxminən 55 milyard alacaq”, deyə C.Kerri bildirib.  

Dövlət katibi həmçinin vurğulayıb ki, İran maliyyə vəsaitini birdəfəlik deyil, hissə-hissə alacaq.

Modern.az    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu