Ukraynanın Zaporojye şəhərində 96 yaşlı məşhur azərbaycanlı həkim-cərrah Nuri Əli oğlu Nuriyev vəfat edib. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, Zaporojye şəhərinin fəxri sakini idi.
Cərrah Nuri Əliyev 1920-ci ildə Şəmkirin Qapanlı kəndində anadan olub. Tibb Universitetini bitirdikdən sonra 1943-cü ildə Böyük Vətən Müharibəsinə yollanıb. Zaporojyenin alman işğalından azad olunmasında fəal iştirak edən azərbaycanlı cərrah müharibə şəraitində 18 min, dinc dövrdə isə 11 min əməliyyat keçirib.
Nuri Nuriyev 70 ilə yaxın müddətdə Zaporojye şəhər xəstəxanasında çalışıb.
Vüqar İsmayılov