Modern.az

“Yeni büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək” - Elman Rüstəmov

  “Yeni büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək” - Elman Rüstəmov

İqtisadiyyat

19 Yanvar 2016, 22:21

 

“Manatla yatırılan əmanətlər üzrə sığortalanma həddi 12 faizdən yuxarı qaldırıla bilər. Bu addım ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən milli valyutamız olan manata inamın artırılması məqsədini güdür”. Modern.az xəbər verir ki, bunu dövlət televiziyasında çıxışı zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.  

Onun sözlərinə görə, yaxn zaman ərzində Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası bununla bağlı müvafiq qərar qəbul edəcək: “Bu gün biz açıq deyə bilərik ki, banklarda valyutaya ehtiyac yoxdur. Valyutada olan əmanətlər üzrə faiz dərəcələri aşağı düşüb. Bizim atacağımız addımlar dedollarizasiyaya hesablanıb".

E.Rüstəmovun sözlərinə görə, hazırda 2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır: “Sənəd neftin yeni, real qiymətlərinə uyğunlaşdırılır. Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağı”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama