Modern.az

Türkiyə və ABŞ prezidenti terrorla mübarizəni müzakirə edib

 Türkiyə və ABŞ prezidenti terrorla mübarizəni müzakirə edib

20 Yanvar 2016, 00:53

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Obama Ərdoğana İstanbulda və Diyarbəkir əyalətində törədilən terror aktlarında həlak olanlarla bağlı başsağlığı verib.

Mənbənin məlumatına görə, ölkə liderləri İŞİD və PKK terror qruplaşmaları ilə mübarizəni davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.

Qeyd edək ki, yanvarın 24-də ABŞ vitse-prezidenti Cozef Bayden Türkiyəyə səfəri planlaşdırılıb. Səfər çərçivəsində Bayden Ərdoğan və XİN rəhbəri Əhməd Davudoğlu ilə görüşəcək. Danışıqlarda Türkiyə-ABŞ əlaqələri, terrorçuluqla mübarizə məsələləri müzakirə ediləcək.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu