Modern.az

Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır - STATİSTİKA

Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır - STATİSTİKA

İqtisadiyyat

20 Yanvar 2016, 15:52

Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin sayı ilə bağlı ən son rəqəmi açıqlayıb.

Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin sonuna olan məlumata görə, ölkə əhalisinin sayı 103,8 min nəfər və ya 1,1 faiz artıb. Son statistikaya görə, indi Azərbaycanda 9 milyon 696 min 800 nəfərə əhali yaşayır.

Əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1009 qadın düşür.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama