Modern.az

Dörd illik fasilədən sonra ABŞ şirkəti Rusiyadan neft aldı

 Dörd illik fasilədən sonra ABŞ şirkəti Rusiyadan neft aldı

20 Yanvar 2016, 21:12

 

İsveçrənin Glencore treydinq şirkəti ABŞ-ın Chevron şirkətinə Amerikaya çatdırılma şətrilə 100 min ton Urals markalı Rusiya nefti satıb. Modern.az virtualaz.org saytına istinadən xəbər verir ki,  bu, 4 illik fasilədən sonra Amerikaya satılmış ilk Rusiya neftidir.  

Agentlik əlavə edib ki, satılmış neft yanvarın 16-17-si tarixlərində Rusiyanın Primorye limanında tankerlərə doldurulub və Meksika körfəzindəki terminallara çatdırılacaq.  

Glencore nefti "Rosneft" şirkətindən aldığını açıqlasa da, Rusiya şirkətinin nümayəndələri bu hadisəni şərh etməyiblər.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu