Modern.az

Moldavada etirazçılar parlament binasını mühasirəyə alıb

 Moldavada etirazçılar parlament binasını mühasirəyə alıb

Dünya

20 Yanvar 2016, 21:31

 

Bu gün axşam saatlarında Moldovanın paytaxtı Kişinyovda minlərlə nümayişçi parlament binasının qarşısına toplaşaraq, millət vəkillərinin Pavel Filipin rəhbərliyi altında yeni hökuməti təsdiq etməsinə etirazlarını bildiriblər. Modern.az saytı İnterfaks-a istinadən xəbər verir ki, minlərlə nümayişçi parlament binasını hər tərəfdən mühasirəyə alıb.  

Əllərində “Biz parlamentə daxil olmaq istəyirik!”, “Biz xalqıq!”, “Rədd olsun parlament!”, “Növbədənkənar seçkilər!”, “Rədd olsun mafiya!”, “Polis bizimlədir!” kimi şüarlar tutmuş nümayişçilərlə polis arasında toqquşmaların olduğu bildirilir.  

Parlamentin qarşısında altı cərgə düzülən polis nümayişçilərin binaya yaxınlaşmasına mane olmağa çalışır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu