Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, artıq neft 27 dollardan aşağı düşüb. Belə ki, neftin qiyməti London və Nyu-York birjalarında aşağı enməkdə davam edir.
Bu gün Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin bir barrelinin qiyməti 5 faiz ucuzlaşaraq 26,92 dollara qədər enib.
Modern.az