Modern.az

Əli Abbasov DANIŞDI: "..bu, əslində şantajdır” - MÜSAHİBƏ

Əli Abbasov DANIŞDI: "..bu, əslində şantajdır” - MÜSAHİBƏ

Ölkə

21 Yanvar 2016, 16:00

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən olaylardan sonra Prezidentin sərəncamı ilə işdən çıxarılan rabitə və yüksək texnolgiyalar naziri Əli Abbasov unikal.org saytına müsahibə verib.

Modern.az həmin müsahibəni təqdim edir:

- Əli müəllim, necəsiz? Hazırda haradasınız?

- Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.

-Məlum olaylarda bağlı istintaqa ifadə vermisiniz, ümumiyyətlə, istintaq orqanlarına gedib-gəlirsizmi? 

- Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam. 

- Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub…

- Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.

- Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, "oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun". Bu barədə nə deyə bilərsiniz?

 
- Mən çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır. 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi