Modern.az

Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi zərərsizləşdirilib

 Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi zərərsizləşdirilib

Təhsil

21 Yanvar 2016, 20:19

 

Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi zərərsizləşdirilib. Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Modern.az saytına verilən məlumata görə, əhalinin sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq reydlər davam etdirilir/

Xəbər verdiyimiz kimi, yanvarın 16-da Ağstafa rayon Baytarlıq İdarəsi ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru  əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "Jiquli-07" markalı 25 BF883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilib.

Cəmdəklərdən götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə olunmuşdur. Müayinə zamanı cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması müəyyən edilib. Cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq yanvarın 21-də donuz cəmdəkləri Ağstafa rayonu ərazisində olan məişət tullantıları paliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər bütün bölgələrdə davam etdiriləcək, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir