Modern.az

İran səfirliyindən Təbrizdə ölən Azərbaycan vətəndaşı barədə AÇIQLAMA

İran səfirliyindən Təbrizdə ölən Azərbaycan vətəndaşı barədə AÇIQLAMA

Təhsil

22 Yanvar 2016, 12:15


İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Təbrizdə vəfat etmiş azərbaycanlı uşaq barədə açıqlama verib.
Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfnin Modern.az saytına verdiyi açıqlamada Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin Təbrizin “Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfləndiyini bildirərək deyib:

“Hər il müxtəlif ölkələr və o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarından olan minlərlə insan müalicə üçün İrana üz tutur və onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq bildirirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.

Cənab Nəcəfi dünyasını dəyişmiş uşağın xəstəxana xərcləri barədə bunları söyləyib: “Görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilmiş və hal-hazırda yalnız 3200 manat borc qalmışdır. Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycan Respublikasının Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”.

Qeyd edək ki, dünən mətbuatda Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin dünən günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yeləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişdiyi və adıçəkilən xəstəxananın uşağın cənazəsini yaxınlarına vermədiyi barədə xəbər yayılıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir