Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-də yayımlanan “Hesabat” verlişinin dayandırılması haqda qərarını ləğv edib və verlişin yayımını bərpa edib.
Modern.az saytı xəbər verir ki, bunu yanvarın 23-də keçirdiyi mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib.“ANS ilə bağlı qərarın icrası dayandırdıq. “Hesabat” bərpa olundu. Kanal rəhbərliyinin səmimi etirafı nəzərə alındı və biz bu qərarı qəbul etdik” .
Modern.az