Modern.az

Teleradio Şurası: “Düşündük ki, bu addımımızla Mirşahinə dəstək olarıq”

Teleradio Şurası: “Düşündük ki, bu addımımızla Mirşahinə dəstək olarıq”

Media

23 Yanvar 2016, 15:29

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS telekanalının “Hesabat” verilişinin yayımına 1 aylıq qadağa qoyması ilə bağlı xəbəri cəmiyyətdə birmənalı qarşılanmadı. Verilişin müəllifi Mirşahin Ağayev qadağa ilə bağlı dərhal keçirdiyi mətbuat konfransında qadağanın Şuranın ANS-ə qarşı qərəzli mövqeyindən irəli gəldiyini bildirdi.

Bu gün gözlənilmədən qərarını dəyişən MTRŞ “Hesabat”a qoyulan qadağanın aradan qaldırıldığını bəyan etdi. Yerli KİV-lər qadağanın aradan qaldırılmasını Prezident İlham Əliyevin göstərişi ilə əlaqələndirib.

MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Modern.az saytına bu barədə məlumatsız olduğunu deyib: “Bu gün mətbuat konfransından əvvəl Şura ANS şirkətinin rəsmilərilə görüşdü, şirkətin nümayəndəsi Sevda Həsənova da orda iştirak edirdi. Hətta jurnalistlər üçün müəyyən olunan mətbuat konfransı da buna görə gecikdi”.

T.Dadaşov “MTRŞ hansı səbəbdən qərarını dəyişdi” sualını belə cavablandırdı:

“Görüş zamanı ANS tərəfinin verdiyi izahat, yol verdikləri qanun pozuntularını boyunlarına almaları, gələcək fəaliyyətlərində Şura ilə münasibətləri normal yönləndirəcəklərinə dair verdiyi sözlər, eyni zamanda mövcud həssas vəziyyət nəzərə alındı.

Mətbuatdan oxuduğumuza görə ANS şirkətinin vitse-prezident Mirşahin Ağayevin səhhətində problem yaranıb.

Hesab etdik ki, biz bu addımımızla ona dəstək ola bilərik. Biz hesab edirik ki, Mirşahin Ağayev Şuranın son qərarından narahat olub. Ona görə də bütün situasiyanı nəzərə alaraq Milli Televiziya və Radio Şurası belə bir qərar verdi”.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi