Modern.az

Cərrah Vaqif Qələndərli: “Saç əkdirmək üçün müraciət edən keçəllərin sayı artıb”

Cərrah Vaqif Qələndərli: “Saç əkdirmək üçün müraciət edən keçəllərin sayı artıb”

2 Dekabr 2010, 13:48

Dünyada baş verən bir sıra proseslər insan sağlamlığına da təsirsiz ötüşmür. Xəstəliklərin yayılması, stress, depressiya, düzgün qidalanmamaq insanların xariçi görüşündə mühüm faktor olan saçların vaxtından əvvəl tökülməsini sürətləndirib.
Tanınmış cərrah Vaqif Qələndirli sözügedən problemdən əziyyət çəkənlərin çoxalması fikrinə şərikdir. Onun sözlərinə görə, saç tökülməsinin kökündə genetik məsələlər dayanır, yəni nəsildə varsa, müəyyən yaşdan sonra həmin nəslin nümayəndələrində də saç tökülməsi müşahidə olunur.

Həkim deyir ki, depresiyya, hormonal problemlər də saçların sağlamlığına mənfi təsir göstərir. Tibb sahəsində olan yeniliklər bir çox problemlər kimi, bu problemi qismən aradan qaldırmağa qadirdir.

V.Qələndərli deyir ki, indi keçəlləşən insanların bəziləri başlarına saç əkdirirlər. Saç transplantasiyası isə xeyli bahalı əməlliyat olsa da, bu əməliyyatla müraciət edənlərin sayı istər ölkəmizdə, istərsə də dünyada  kifayət qədərdir. V.Qələndərlinin sözlərinə görə, saç trasplantasiyasını bütün insanlara şamil etmək olmaz. Sözügedən əməliyyatın müxtəlif üsulları var: “Saçı tək – tək köçürmək və toxuma genişləndirici qoyub onu şişirdərək böyüdüb yerləşdirmək üsulu var. Əməliyyatın bir seansı 5- 6 saat çəkir və olduqca ağır əməliyyatdır“.

V.Qələndərli eyni zamanda bildirib ki, bu əməliyatları hayata keçirməzdən əvvəl problemin yaranma səbəbi dəqiq olaraq müəyyənləşdirilməlidir. Yalnız bundan sonra düzgün müalicə tətbiq oluna bilər.

Saç tökülməsi faktına yaşayış mühitinin də təsirsiz ötüşmədiyini vurğulayan həkim eyni zamanda bildirib ki, radiasiya olan yerlərdə saç tökülməsinə daha çox rast gəlinir. Saçların tökülməsi hava və su faktorlarla da də sıx bağlıdır.
Ancaq bu problemin Azərbaycanın hansı bölgələrində daha aktiv olduğu hələki müəyyənləşdirilməyib. Yağlı dəriyə sahib olan insanlar bu problemlə daha çox qarşılaşırlar. Cərrah bu problemdən əziyyət çəkən insanların, eləcə də vitamin çatışmazlığı olan şəxslərin “B6” qrup vitaminlərdən istifadə etməklə problemin həllinə müəyyən qədər nail ola biləcəklərini  də bildirib.  

Sədaqət Süleymanova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir