“İndi işlədiyim yerin mətbuat və media ilə heç bir əlaqəsi yoxdur. Özəl bir biznes sahəsində çalışıram. Mətbuatdan hələlik aralanmışam”.
Bu sözləri Modern.az-a “virtualaz.org” saytının keçmiş baş redaktoru Famil Cəfərli deyib.
Famil Cəfərlinin sözlərinə görə, hansısa mətbuat orqanından iş təklifi gəlsə belə, mediaya qayıtmaq istəmir: “Hansısa mətbuat orqanından iş təklifi gəlsə, yaxın vaxtlarda hələ ki mətbuata qayıtmaq fikrim yoxdur.
Hazırda özəl bir şirkətdə işləyirəm. Amma heç kim bilməz ki, sabah nə olacaq. Mətbuatdan uzaq qalmağım 10 il də çəkə bilər, 20 il də...”.
Uzun müddət “virtualaz.org” saytının baş redaktoru işləmiş Famil Cəfərli bu ilin yanvarın 4-dən jurnalist fəalyyətindən uzaqlaşıb.
Ağa AKİFOĞLU