Modern.az

Prezident EMBAWOOD-un baş direktorunun sözünü kəsdi, məmurları yerli mebel almağa çağırdı

Prezident EMBAWOOD-un baş direktorunun sözünü kəsdi, məmurları yerli mebel  almağa çağırdı

Təhsil

26 Yanvar 2016, 19:26

 


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün nazirlərin və iş adamlarının geniş tərkibli iclası keçirilib.

Konfrans zamanı Prezident Embawood şirkətinin baş direktoru və yaradıcısı Elşad Abbasovun çıxışını kəsib.

Ölkə başçısı nazirlərə və ümumən toplantı iştirakçılarını xəbərdar edib ki, onların müəssisələri xarici mebellə təchiz olunur. Prezident konfrans  iştirakçılara xatırladıb ki, Azərbaycanda çoxlu şirkətlər var ki, onlar keyfiyyətli mebel istehsal edirlər və bu sırada Embawoodun adını çəkib.  O, məmurları  yerli istehsalçıların məhsullarını almağa çağırıb.

 İlham Əliyev  maliyyə naziri Samir Şərifova tapşırıb ki, dövlət satınalmaları zamanı yerli istehsalçılara üstünlük  verilsin. (haqqın.az)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir