Modern.az

Rəsmi Bakı Lavrovun Azərbaycan səfərinin məqsədini açıqlayıb

 Rəsmi Bakı Lavrovun Azərbaycan səfərinin məqsədini açıqlayıb

27 Yanvar 2016, 01:02

 

“Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar həmsədrlərin hazırladığı yenilənmiş Madrid prinsipləri 2010-cu ildə ATƏT-in Baş katibinə saxlanma üçün təqdim olunub”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

H.Hacıyev qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinin həyata keçirilməsi üçün irəli sürülən ideyalar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da təklifləri vardır.

Bildirilib ki, bu təkliflərin müzakirəsi üçün S.Lavrov Azərbaycana və Ermənistana səfərlər edib, hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə müzakirələr aparıb.

XİN sözçüsünün sözlərinə görə, bu xüsusda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Moskvaya səfər edib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri yanvarın 26-da Moskvada mətbuat konfransı zamanı münaqişə ilə bağlı sənədlərin ATƏT-in baş katibinə verildiyini və münaqişənin həlli ilə əlaqədar digər sənədlərin olmadığını bildirib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir